Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Sərgən Yalçını istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sivasspor”a qarşı ilk oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşdikdən sonra klub rəhbərliyi çıxış yolunu baş məşqçi dəyişikliyində görüb. Dünən Sərgən Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib.
Qeyd edək ki, “Yeni Malatyaspor” Sərgənin rəhbərliyi altındakı son 8 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Bu komanda Türkiyə Superliqasında ilk dövrəni 24 xalla 8-ci pillədə başa vurub.